1618 tibb işçisinə koronavirusa görə əlavə ödəniş edildi

Tibb işçilərinə 1,4 milyon manat müddətli əlavə ödənilib.

Bu barədə Leqal.info-ya Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilir ki, “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 noyabr 2020-ci il tarixli 442 nömrəli qərarına əsasən, noyabr ayı üçün tibb işçilərinin əmək haqlarına müddətli əlavələr ödənilib.

1, 4 mln manat məbləğində müddətli əlavə Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 1618 tibb işçisinə ödənilib.

Qeyd edilən işçilərin əmək haqlarına müddətli əlavələr iş vaxtına mütənasib olaraq ödənilib.скачать dle 10.6фильмы бесплатно
21-12-2020, 12:18
Baxıs: 23 269
Reyting: