Seninem.Az > Aktual / Manşet Yuxarı > 1618 tibb işçisinə koronavirusa görə əlavə ödəniş edildi
1618 tibb işçisinə koronavirusa görə əlavə ödəniş edildiTarix: 21-12-2020, 12:18. Müəllif: admin |
Tibb işçilərinə 1,4 milyon manat müddətli əlavə ödənilib. Bu barədə Leqal.info-ya Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilir ki, “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 noyabr 2020-ci il tarixli 442 nömrəli qərarına əsasən, noyabr ayı üçün tibb işçilərinin əmək haqlarına müddətli əlavələr ödənilib. 1, 4 mln manat məbləğində müddətli əlavə Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 1618 tibb işçisinə ödənilib. Qeyd edilən işçilərin əmək haqlarına müddətli əlavələr iş vaxtına mütənasib olaraq ödənilib. Geri Qayıt |