Bakıda koronavirusa görə bağlanan 4 məktəb açılıb
Bu gün Bakıdakı 73, 207, 258 və 299 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.
Bakı Şəhəri Təhsil İdarəsindən Leqal.info-ya verilən məlumata görə, hər 4 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilən qısamüddətli karantin başa çatıb. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur. |
XƏBƏR LENTİ
Bu gün, 09:23
Bu gün, 09:00
Bu gün, 08:51
Bu gün, 08:51
Bu gün, 08:51




































