Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb
Bakının 73 nömrəli tam orta məktəbin fəaliyyəti 2 həftəlik distant təhsil formasında davam etdiriləcək.
Bu barədə Leqal.info-ya Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, məktəbin 3 şagirdi və 5 müəllimi COVID-19 infeksiyasına yoluxub: "Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 73 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub". |
XƏBƏR LENTİ
Bu gün, 09:23
Bu gün, 09:00
Bu gün, 08:51
Bu gün, 08:51
Bu gün, 08:51




































