Müdafiə Nazirliyindən Seyfəlidəki partlayışlarla bağlı əhaliyə XƏBƏRDARLIQ

Müdafiə Nazirliyindən Seyfəlidəki partlayışlarla bağlı əhaliyə XƏBƏRDARLIQ

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumat üçün bildiririk ki, döyüş sursatlarının utilizasiya prosesi 25.02.2023-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

Nazirlik bir daha əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsas olmadığını diqqətə çatdırır.скачать dle 10.6фильмы бесплатно
21-02-2023, 14:20
Baxıs: 159
Reyting: