allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Strateji tərəfdaşlar, qardaş dövlətlər bir-birilərinə bundan sonrakı dövrdə də dəstək olacaqlar » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Strateji tərəfdaşlar, qardaş dövlətlər bir-birilərinə bundan sonrakı dövrdə də dəstək olacaqlar

Strateji tərəfdaşlar, qardaş dövlətlər bir-birilərinə bundan sonrakı dövrdə də dəstək olacaqlar

Heç şübhəsiz ki, Türkiyə Prezidenti cənab Rəcəb Tayyip Ərdoğanın Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya səfəri də tarixi hadisədir. Prezident İlham Əliyevin də dediyi kimi, dövlətlərimiz arasındakı münasibətlər xalqlarımızın dahi şəxsiyyətləri Qazi Mustafa Kamal Atatürkün – “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin – “Bir millət, iki dövlət” kəlamları ilə açıq-aydın ifadə olunub.
Düşünürəm ki, bu səfər özündə 3 istiqaməti ehtiva edir. Birincisi, Ermənistan imzalanan müqavilənin şərtlərinə mütləq əməl etməlidir. Məlum olduğu kimi Ermənistanda müəyyən revanşist qüvvələr sərsəm bəyanatlar səsləndirir, regionda öz maraqlarını hansısa formada gücləndirməyə çalışan dövlətlər isə tarixi reallıqlardan uzaq bəyanatlar verirlər. Bu səfərlə həmin qüvvələrə açıq-aydın mesaj verilir - strateji tərəfdaşlar, qardaş dövlətlər bir-birilərinə bundan sonrakı dövrdə də dəstək olacaqlar.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana tarixi səfəri iki qardaş ölkə arasında əlaqələri və əməkdaşlığı yeni və daha yüksək zirvələrə daşıyacaq. Azərbaycan-Türkiyə əməkdaşlağında yeni dövr başlayır.
Bu gün iki qardaş ölkə arasındakı münasibətlər möhkəm təməllərə əsaslanır: “Hazırda münasibətlərimiz böyük öndər Mustafa Kamal Atatürkün dediyi “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” və Ümummilli Liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fəlsəfəsinə uyğun olaraq inkişaf edir. Səfər çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş ölkə arasında əməkdaşlığın strateji yol xəritəsidir. Bu sənəd tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrini daha da sarsılmaz edəcək”.
İki qardaş ölkənin iqtisadi münasibətləri çox geniş sferanı əhatə edir. Burada enerji sahəsində də əməkdaşlıq mühüm rol oynayır: “Türkiyə ilə Azərbaycan arasında qaz satışı və nəqli ilə bağlı bütün məsələlər razılaşdırılıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanın, Türkiyənin və digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır.

Şuşa Bəyannaməsi iqtisadi əlaqələrin daha da genişlənməsinə imkan yaradacaq, Vətən müharibəsindən sonra bölgədə yaranmış əməkdaşlıq platformlarının, o cümlədən enerji, kommunikasiya, nəqliyyat platformalarının səmərəli və sürətli həyata keçirilməsinə böyük təkan verəcək və regionda olan bütün ölkələrin maraqlarına xidmət edəcək çünki hər bir ölkə yaradılmış bu əməkdaşlıq platformasından iqtisadi dividentlər əldə edəcəklər”.
Gülşən Muradova.
15:11
Baxıs: 50880
Reyting: