Ceyhun Bayramov: "Ermənistan əldə olunmuş razılaşmalara riayət etmir"

"Ermənistan əvvəlki kimi əldə olunmuş razılaşmalara riayət etmir".

Leqal.info xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasının XİN rəhbəri Yakub Kulqaneklə görüşünün nəticələrinə əsasən bildirib.

XİN rəhbəri 44 günlük müharibə nəticəsində Azərbaycanın qələbəsi ilə tamamlanmış əks-hücum əməliyyatlarının başlanmasından 1 il ötdüyünü xatırladıb.

“Müharibənin başa çatmasından sonra 10 aydan çox müddətdir Azərbaycan ötən ilin noyabr ayında əldə olunmuş üçtərəfli razılaşmalar çərçivəsində müvafiq danışıqlar aparır. Lakin Ermənistan hələ əldə olunmuş razılaşmalara riayət etmir. Ermənistan tərəfi azad edilmiş ərazilərin mina sahələrinin bütün xəritələrini təqdim etməyib. Bu, dinc sakinlərin ölümünə, həmçinin bu ərazilərdə infrastrukturun bərpası və məcburi köçkünlərin geri qaytarılması prosesinin ləngiməsinə səbəb olur”, - XİN başçısı deyib.

Onun sözlərinə görə, razılaşmadada öz əksini tapmış nəqliyyat layihələrinin həyata keçirilməsi və kommunikasiyaların açılması da bu səbəbdən ləngiyir.

“Ermənistan konstruktiv əməkdaşlıq və ya qonşularla düşmən münasibətlər arasında seçim etməlidir”. – C.Bayramov vurğulayıb.скачать dle 10.6фильмы бесплатно
30-09-2021, 15:00
Baxıs: 36 738
Reyting: