Azərbaycan sülhməramlısı: "Əfqanıstanda qarşımıza qoyulan tapşırığı layiqincə yerinə yetirdik"

"Əfqanıstanda qarşımıza qoyulan tapşırığı layiqincə yerinə yetirdik".

Bunu Leqal.info-ya açıqlamasında Əfqanıstandan Vətənə qayıdan Azərbaycan sülhməramlısı Paşayev Seymur Sulduz oğlu deyib.

"Biz hava limanında mülki şəxslərin təxliyəsini təşkil və təmin edirdik. Hər zaman bizim qarşımızda qoyulan tapşırıqları layiqincə yerinə yetirməyə hazırıq. Biz bayrağımızı daim dalğalandırmaqla və dövlətimizi təmsil etməklə qürur duyuruq. Qürur duyuram ki, Azərbaycan Ordusunda xidmət edirəm. Bizim missiyamız Kabil Beynəlxalq Hava Limanının mühafizəsini təmin etmək idi. Biz Əfqanıstanda türkiyəli qardaşlarımızla çiyin-çiyinə xidmət aparırdıq", - o əlavə edib.скачать dle 10.6фильмы бесплатно
27-08-2021, 20:00
Baxıs: 30 720
Reyting: