Siyavuş Novruzov hesabat verdi

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.

Leqal.info xəbər verir ki, komitə sədri Siyavuş Novruzov diqqətə çatdırıb ki, iclasda komitənin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabat və payız sessiyası üçün iş planının layihəsi müzakirə olunacaq.

S.Novruzov diqqətə çatdırıb ki, hesabat dövründə komitəyə 700-dən artıq müraciət daxil olub. Hər bir müraciət araşdırılıb və həll edilməsi üçün aidiyyəti qurumlara göndərilib. Bildirilib ki, bir yenilik olaraq, hər bir komitə üzvünün yerlərdə gördüyü işlər barədə məlumatlar toplanıb və ümumi hesabata daxil edilib.

Sonra komitənin payız sessiyası üçün iş planı barədə məlumat verilib. Bildirilib ki, bu sessiyada Azərbaycan Prezidentinin, Ali Məhkəmənin, Baş prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri qanun layihələrinə, Azərbaycanın mövcud qanunlarına dəyişikliklər və əlavələr edilməsi haqqında, habelə Regional məsələlər komitəsi üzvlərinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi layihələrə baxılması nəzərdə tutulub.
Siyavuş Novruzov hesabat verdiскачать dle 10.6фильмы бесплатно
18-09-2020, 19:37
Baxıs: 36 145
Reyting: