İmişlinin yeni icra başçısı kadr islahatlarına başladı
İmişli Rayon İcra Hakimiyyətinin (RİH) sektor müdiri işdən çıxarılıb.
"Leqal.info" xəbər verir ki, bununla bağlı İmişli RİH-in yeni başçısı Elçin Rzayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, RİH-in İnformasiya təminatı və təhlili sektorunun müdiri Ziya Paşayev vəzifəsindən azad olunub. Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları mayın 5-də İmişli RİH-in binasında əməliyyat keçirib. Prezident İlham Əliyev mayın 6-da Vilyam Hacıyevi İmişli RİH-in başçısı vəzifəsindən azad edib. Daha sonra V.Hacıyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Dövlət başçısının mayın 21-də imzaladığı sərəncamla Elçin Adil oğlu Rzayev İmişli RİH-in başçısı təyin edilib. E.Rzayev daha əvvəl Yasamal RİH başçısının birinci müavini vəzifəsində işləyib. |
XƏBƏR LENTİ
Bu gün, 09:23
Bu gün, 09:00
Bu gün, 08:51
Bu gün, 08:51
Bu gün, 08:51




































