"Əli Kərimli “internet şousu” ilə özünü qəhrəmana çevirməyə cəhd edir"

"Anti-Azərbaycan dairələrin, erməni lobbisinin və ermənipərəst mərkəzlərin sifarişlərini yerinə yetirən “sapı özümüzdən olan” baltalar Azərbaycanın bu müsbət reallıqlarından ciddi narahatlıq duyduqlarına görə hərəkətə keçiblər".

"Leqal.info"nun xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

O bildirib ki, onlar koronavirusun yayılmasına qarşı mübarizə məsələsi ilə əlaqədar sosial şəbəkələr vasitəsilə gerçəkliyə uyğun olmayan məlumatlar, daha doğrusu, dezinformasiyalar ortaya atmaqla sosial immuniteti azaltmağa, operativ və effektiv tədbirlərin üzərinə kölgə salmağa, hətta vətəndaşların sağlamlığı və təhlükəsizliyi üçün xüsusi karantin rejiminin uzadılmasını manipulyasiya predmetinə çevirməyə çalışırlar: "Çünki erməni lobbisinin maliyyəsi əsasında “fəaliyyət” göstərən bu antimilli ünsürlərin istəyi Azərbaycanda vəziyyətin gərginləşməsi, ölkəmizin xaos və anarxiya meydanına çevrilməsidir. Ona görə də onlar ölkədə koronavirus infeksiyasına yoluxanların və ölənlərin sayının artmasını, Azərbaycanın dərin sosial-iqtisadi problemlərlə üzləşməsini istəyirlər ki, bu məsələlərdən istifadə edərək Ermənistan mənafeyinə uyğun, dövlətimizin maraqlarına zidd təbliğat kampaniyası apara, vətəndaşla dövlət arasında etimadsızlıq mühiti yarada bilsinlər. Bu isə birmənalı olaraq Vətənə, xalqa və dövlətə xəyanətin bariz nümunəsi - əyani ifadəsidir".

S.Novruzov qeyd edib ki, xəyanət və satqınlıq simvoluna çevrilmiş antimilli ünsürlərin başında gələnlər sırasında Əli Kərimli xüsusi yer tutur:

"O, erməni lobbisinin, anti-Azərbaycan dairələrin xidmətçisi kimi çıxış edir. Hiyləgər planları ilə dostlarını, həmfikirlərini öz şəxsi ambisiyalarına və karyerasına qurban verən Ə.Kərimlinin hətta lider hesab etdiyi Əbülfəz Elçibəyin Türkiyədə müalicəsi üçün ayrılmış 150 min dolları, Çöhrəqaninin gözlərinin müalicəsi üçün Azərbaycanda toplanmış vəsaiti mənimsəməsi kimi faktlar onun mənəvi və siyasi əxlaqsızlığını aşkar nümayiş etdirir. Ermənilərdən pul alan, rəqiblərinin əleyhinə bütün separat danışıqlara gedən, sosial dəstəyə və elektorata malik olmadığına görə qorxudan heç bir seçkiyə qatılmayan, adı ictimai rəydə xəyanət və satqınlıq ifadələri ilə assosiasiya olunan Əli Kərimlinin indi “internet şousu” vasitəsilə özünü qəhrəmana çevirməyə, hakimiyyəti isə ləkələməyə çalışması cəhdləri cılız səylər kimi iflasa məhkumdur".скачать dle 10.6фильмы бесплатно
23-04-2020, 16:51
Baxıs: 57 741
Reyting: