allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Azərbaycanda meyitlərdən orqan köçürüləcək – YENİ QANUN » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Azərbaycanda meyitlərdən orqan köçürüləcək – YENİ QANUN

Azərbaycanda meyitlərdən orqan köçürüləcək – YENİ QANUN

1 yanvar 2022-ci ildən Azərbaycanda meyitlərdən orqan köçürülməsi əməliyyatlarına başlanılacaq.

KONKRET.az-ın xəbərinə görə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev APA TV-yə bildirib ki, orqan transplantasiyası bahalı əməliyyat sayılır və vətəndaşın bunun öhdəsindən təkbaşına gəlməsi mümkün deyil. Onun sözlərinə görə, dövlət də bu yükü tam olaraq üzərinə götürə bilməz. Komitə sədri düşünür ki, dünya təcrübəsinə uyğun olaraq, orqan transplantasiyası icbari tibbi sığorta hesabına keçirilməlidir.

Cərrah-transplantoloq, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi isə söylədi ki, indinin özündə də əməliyyatlara Prezident İlham Əliyevin imzaladığı “İnsan orqan və toxumalarının transplantasiyası haqqında” yenilənmiş Qanun imkan verir: “2008-ci ildə ilk də Azərbaycanda qaraciyər transplantasiyası həyata keçirildi. Bu əməliyyatla orqan transplantasiyasının Azərbaycanda başlanğıcı oldu. Dövləti dəstəyi nəticəsində xəstəxanaların maddi texniki bazası yeniləndi. Mütəxəssislər xarici dövlətlərə ixtisasaratırma kurslarına göndərildi və orqan transplantasiyasına ehtiyacı olan xəstələrin də sayı artıdığına görə qanunun yenilənməsinə şərait yarandı. Yeni qanunla meyit orqanlarından transplantasiyaya daha geniş yer verildi. Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Bununla da 2022-ci ildən Azərbaycanda meyitlərdən alınmış orqan transplantasiya əməliyyatlarını icra edə biləcəyik”.

Transplantoloq dedi ki, hazırda yalnız canlı orqan transplantasiyası icra edilir: “Gələn ildən etibarən tam hüquqi şəkildə meyid orqanlarından transplantasiya əməliyyatlarına başlaya biləcəyik. Amma dərhal meyiddən orqan götürmək mümkün olmayacaq.Çünki bunun üçün kordinatorların yetişməsi, beyin ölümü diaqnozunun qoyulması və xəstəxanaların bu şəkildə hazırlanması gərəkir. Amma mütəxəssislərimiz sayəsində bu işindən öhdəsindən gəlinəcək.Bununla da orqan yetməzliyindən əziyyət çəkən insanların yaşama şansı daha çox artacaq”.

Mütəxəssis qeyd edib ki, meyitlərdən götürüləcək orqanlar hesabına ürək, ağciyər, qaraciyər, böyrək, gözün buynuz qişası, mədəaltı vəzi kimi orqanların transplantasiyası həyata keçiriləcək. Mircəlal Kaziminin sözlərinə görə, Nazirlər Kabineti donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin siyahısını təsdiqləyib. Sənədə görə, 18 yaşına çatmayan şəxsdən transplantasiya məqsədilə orqan və toxumaların (sümük iliyi və kök hüceyrələr istisna olmaqla) götürülməsi qadağandır.

Əməliyyatı aparacaq tibb müəssisələrinin siyahısı təsdiqlənsə də, əsas suallar açıq qalır. Maraqlıdır, bu əməliyyatlarda orqan nəqli gözləyənlərin növbəlilik prinsipinə nə dərəcədə ədalətli nail oluna biləcək? “Növbəlilik prinsipi mərkəzləşdirlmiş qaydada proqram üzərindən aparılacaq. Bundan başqa xəstələrin siyahısı tutulacaq. Bundan başqa tibbi göstərişlər əsasında orqan transplantasiyası kordinatorluğunun nəzarəti altında paylaşım olacaq. Meyit donordan götürülmüş donor orqanların resipiyentlər arasında bölgü ardıcıllığı vahid dövlət informasiya bazasındakı məlumatlar əsasında elektron qaydada donor-resipiyent cütlüyünün müəyyən edilməsi yolu ilə həyata keçirilir”.

Ölkədə transplantasiyanın qiymətinə gəlincə, Mircəlal Kazımi deyir ki, İcbari Tibbi Sığorta Azərbaycanda artıq fəaliyyətə başlayıb. Bundan artıq yararlananlar da var: “Yəqin ki, orqan transplantasiyası da İTS zərf paketinə daxil ediləcək. Əgər İTS zərfinə daxil edilməzsə meyid orqanlarından aparılan tibbi transplantoloji proqram inkişaf edə bilməz. Çünki incəliklər ödənişlə bağlıdır. Əslində qiymətlər dəyişməyib. 10 il öncəki qiymətlərə eləcə də qalıb. Böyrək transplantasiyası 15, qaraciyar transplantasiyası 45 min civarında”. İcbari Tibbi Sığortaya gəldikdə isə bununla bağlı qurumun xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin siyahısında transplantasiya və ya rədd edilmiş böyrəyin çıxarılması 1200 manat göstərilib.
06:39
Baxıs: 78160
Reyting: