Nazir: “Pandemiya ilə bağlı saxta məlumatlarla mübarizə aparmalıyıq”

“Prezident İlham Əliyevin rəhbərliyi altında pandemiya ilə mübarizə təşkil edilmişdi. Nazirlər kabineti yanında Operativ Qərargah yaradılmışdı”.

“Leqal.info”nun xəbərinə görə, bunu səhiyyə naziri Teymur Musayev IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal səhiyyənin idarə edilməsi” adlı paneldə deyib.

Onun sözlərinə görə, Azərbaycanın pandemiya ilə mübarizə təcrübəsi beynəlxalq qurumlar tərəfindən maraqla qarşılanıb: “Pandemiya dövründə gördük ki, yeni tibbi peşəkarlara ehtiyac duyulur. Rəqəmsallaşma ən yüksək səviyyədə təşkil edilməlidir”.

Nazir bildirib ki, pandemiya zamanı mediada saxta məlumatlar yayılmışdı: “Biz həmin məlumatlarla da mübarizə aparmalıyıq. Pandmeiya dövründə biz çoxsaylı belə məlumatların şahidi olduq. Sonra bu, anti-vaksin təbliğatına çevrildi”.скачать dle 10.6фильмы бесплатно
17-06-2022, 11:00
Baxıs: 41 956
Reyting: