“Lotu Quli” Bakıdadır, amma ev dustağı deyil”

“Kriminal avtoritet Nadir Səlifovun (“Lotu Quli”) Bakıda ev dustağı olması xəbəri həqiqəti əks etdirmir”.

“Leqal.info” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Azərbaycan” Ədliyyə Nazirliyinə istinadən yayıb.

Nazirlik N.Səlifovun Azərbaycana ekstradisiya edilmədiyini bildirib. Belə ki, onun Azərbaycan ərazisinə ekstradisiyası üçün ölkə ərazisində hansısa yeni cinayət törətmədiyi qeyd edilib.

Ədliyyə Nazirliyi, həmçinin “Quli”nin Azərbaycanda olma ehtimalının olduğunu, amma onun burada ev dustaqlığına məhkum edilmədiyini və ya ona qarşı yeni ittihamlar irəli sürülmədiyini bildirib.

Qeyd edək ki, bundan bəzi KİV-lər Qulinin Bakıya gətirilərək, ev dustağı edildiyi haqqında məlumat yayıb. Dövlət Miqrasiya Xidmətindən isə bildiriblər ki, N.Səlifov deportasiya edilməyib, onlar belə informasiyaya malik deyillər.

Ehtimal ki, Nadir Salifov Azərbaycana könüllü qaydada gəlib.скачать dle 10.6фильмы бесплатно
26-12-2018, 22:43
Baxıs: 48 743
Reyting: