Göyçayda kütləvi dava: saxlanılanlar var - VİDEO

Göyçayda kütləvi dava: saxlanılanlar var - VİDEO Göyçayda kütləvi dava baş verib.

Oxu24.com xəbər verir ki, hadisə bu gün rayonun avtovağzalı yaxınlığında qeydə alınıb. İlkin məlumata görə, kütləvi dava zamanı VAZ-2106 markalı avtomobilin sürücüsü, 1997-ci il təvəllüdlü İbrahim Məmmədov ağır xəsarətlər alıb. O, Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
İnsidentə tərəflər arasında yol hərəkəti ilə bağlı yaranmış mübahisənin səbəb olduğu deyilir.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, xuliqanlıq əməli törədən şəxslər saxlanılıb. Araşdırmalar davam etdirilir.

Hadisənin görüntüsünü təqdim edirik:

скачать dle 10.6фильмы бесплатно
Bu gün, 09:34
Baxıs: 0
Reyting: