SEPAH təhdid yağdırdı: "Regionu sizin üçün cəhənnəmə çevirəcəyik" İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı Seyid Məcid Musəvi Hörmüz boğazında təhlükə yaratmağın cavabsız qalmayacağı barədə xəbərdarlıq edib."Cebheinfo.az" xəbər verir ki, o, "Müqəddəs Hörmüz boğazını təhlükəli edirsiniz?! Biz regionu sizin üçün cəhənnəmə çevirəcəyik", - deyə bildirib. Komandir əlavə edib ki, İranın hərəkətləri "Amerikanın regiondakı həyasızlığına" cavab olacaq. Agentlik, həmçinin Trampın İranı bombalamaq təhdidlərinə cavab olaraq adı açıqlanmayan bir mənbəyə istinadən bildirib: "Hər bir Amerika təcavüzü qətiyyətli hərbi cavabla qarşılanacaq və biz siyasi şantajlara dözməyəcəyik". Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp "Əgər İran Vaşinqtonla razılığa gəlməsə, daha güclü Amerika zərbələri ilə üzləşəcək" demişdi. Cümə axşamı gecəsi ABŞ ordusu İslam Respublikasına daha bir hücum təşkil edib. CENTCOM-un açıqlamasına görə, zərbələr "özünümüdafiə" məqsədilə həyata keçirilib və "İranın əsassız və davam edən təcavüzünə cavab" olub. İran mediasının məlumatına görə, ölkənin altı rayonunda güclü partlayışlar baş verib. İran Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı və İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazının bütün gəmiçilik üçün bağlandığını elan edib. Xəzər |
XƏBƏR LENTİ
Bu gün, 09:41
Bu gün, 09:37
Bu gün, 09:34
Bu gün, 09:25




































İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı Seyid Məcid Musəvi Hörmüz boğazında təhlükə yaratmağın cavabsız qalmayacağı barədə xəbərdarlıq edib.