“Lotu Quli” Qaradağ Məhkəməsinin qərarı ilə azad edilib

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən virtualaz.org-a bildirilib ki, kriminal dairələrdə “Lotu Quli” kimi tanınan Nadir Salifov bu gün səhər tezdən Qaradağ Rayon Məhkəməsinin qərarı əsasında azad edilib.

Rayon məhkəməsi N.Salifovun vaxtından əvvəl azad olması haqqında vəkilin vəsatətini təmin edib. “Qanuni oğru”nun həbs müddəti 2020-ci ildə qurtarmalı idi. N.Salifov 8 saylı müəssisədə cəza çəkirdi.

***

Həbsdə olan kriminal avtoritet Nadir Səlifov (“Lotu Quli”) azadlığa buraxılıb. Bu barədə virtualaz.org-a Ədliyyə Nazirliyindən məlumat verilib. Hazırda “Lotu Quli” Gürcüstandadır.

Qeyd edək ki, “Lotu Quli” 20 ildən artıq həbsxanada cəza çəkib. O, 90-cı illərin əvvəllərində xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunaraq həbs olunub.
Məhbəsdə olarkən N.Səlifov uzun illər Gürcüstana ekstradisiya edilməsinə nail olmağa çalışıb.

***

Musavat.com saytı uzun müddətdir həbsdə olan kriminal avtoritet Nadir Səlifov (“Lotu Quli”) az öncə azadlığa buraxılması haqqında məlumat yayıb.

Avropa.info Pentensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mehman Sadıqovla əlaqə saxlayıb.
Mehman Sadıqov xəbəri təkzib, nə də təsdiq etdi:
“Biz məhkumun bir yerdən başqa yerə köçürülməsini, məhkumun vaxtından əvvəl azadlığı buraxılması barədə məlumatları şərh etmirik”.

Leqal.infoскачать dle 10.6фильмы бесплатно
24-10-2017, 16:54
Baxıs: 715
Reyting: