“Lotu Quli” Bakıya gəldi
Məşhur kriminal avtoritet Nadir Səlifov (Lotu Quli) Bakıya gəlib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə virtualaz.org-a Bakı hava limanındakı mənbələr məlumat verib. Lotu Qulinin Bakıya gəlişinin səbəbləri məlum deyil. Daha öncə o, Türkiyədə, BƏƏ-də və Albaniya ərazisində yaşayıb. Xatırladaq ki, Lotu Quli həbsxanada 20 ildən artıq vaxt keçirib. O, 90-cı illərin əvvəllərində bir sıra səs-küylü cinayətlərin törədilməsində ittiham olunaraq həbs edilmişdi. Həbs olarkən, N.Səlifov uzun illər Gürcüstana ekstradisiya edilməsinə nail olmağa çalışıb. Ötən ilin oktyabr ayının 24-də Q1aradağ Rayon Məhkəməsi vəkilin Lotu Qulinin cəzasının şərti olaraq dəyişdirilməsi ilə azadlığa buraxılması barədə vəsatətini təmin edib. |
XƏBƏR LENTİ
Bu gün, 08:16
Bu gün, 08:13
Bu gün, 08:09
Bu gün, 08:00
Bu gün, 08:00







