Siyəzən xəstəxanasından TULLANTI TENDERİ: 62 minlik müqavilə
"
Siyəzən Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsi tibb müəssisəsindən hasil olan müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətlərinin satınalınması üzrə tenderə yekun vurub.32gun.az-ın əldə etdiyi məlumata görə, xəstəxana bu satınalma üzrə "GSL SERVICE" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə anlaşıb. Ümumi maliyyə dəyəri dəqiq olaraq 62 min 553 manat 64 qəpik olan müqavilə çərçivəsində B və C sinfi üzrə 8040 km, D sinfi üzrə isə 500 km məsafəyə tibbi tullantıların daşınması həyata keçirilir. Eyni zamanda, tərəfdaş şirkət xəstəxanaya məxsus 605 kubmetr B və C sinfi, həmçinin 5 kubmetr D sinfi üzrə tibbi tullantının zərərsizləşdirilməsi xidmətini icra edir. Ayaz |
XƏBƏR LENTİ
Bu gün, 08:54
Bu gün, 08:40
Bu gün, 08:40
Bu gün, 08:40
Bu gün, 08:40






































