Azərbaycanda istirahət məntəqəsində ölü insan dölü aşkarlanıb
Azərbaycanda istirahət məntəqəsində ölü insan dölü aşkarlanıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Bildirilib ki, yanvarın 25-i saat 18 radələrində Neftçala rayonu ərazisində yerləşən “Dayan-dincəl” adlı istirahət məntəqəsinin sanitar qovşağının qarşısında ölü insan dölünün aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Qeyd edilən faktla bağlı Neftçala Rayon Prokurorluğunda araşdırma aparılır. |
XƏBƏR LENTİ
Dünən, 11:27
Dünən, 11:08
Dünən, 10:22
Dünən, 10:11




































