Yaponiyanın Azərbaycandakı səfirliyinin qadın katibi qəzaya düşüb
Yaponiyanın Azərbaycandakı səfirliyinin qadın katibi qəzaya düşüb.
Leqal.info-nun əldə etdiyi məlumata görə, hadisə paytaxtın Yasamal rayonu, Kənar dairəvi yolda qeydə alınıb. Belə ki, Yaponiyanın Azərbaycandakı səfirliyinin II katibi Yumi Kitanonun idarə etdiyi "Nissan" markalı avtomobillə “BakuBus” MMC-nin 211 saylı xətt avtobusu toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ziyan dəyib. Faktla bağlı araşdırma aparılır. |
XƏBƏR LENTİ
Bu gün, 11:27
Bu gün, 11:08
Bu gün, 10:22
Bu gün, 10:20
Bu gün, 10:18
Bu gün, 10:11




































