Türkiyə Prezidenti “Dubai Expo”da Azərbaycan pavilyonunu ziyarət edəcək

Fevralın 14-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BƏƏ-yə iki günlük rəsmi səfəri başlayacaq.

Bu barədə "Leqal.info" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Türkiyə dövlət başçısı Əmirliklərə səfərinin ikinci günündə Dubaya gedəcək və burada Ümumdünya "Expo 2020" sərgisini ziyarət edəcək.

Prezident Ərdoğanın BƏƏ və Azərbaycan pavilyonlarını da ziyarət edəcəyi gözlənilir.скачать dle 10.6фильмы бесплатно
13-02-2022, 14:48
Baxıs: 27 456
Reyting: