“Hələ də ödənilməyən maaşlarımız var

“Sumqayıt”ın israilli futbolçusu Əmir Ağayev ölkəsinin mətbuatına açıqlama verib.
Leqal.info xəbər verir ki, futbolçu, koronavirus səbəbiylə dayandırılan Premyer Liqanın bərpa olunacağına inanmadığını bildirib:

“Komanda şəklində “Zoom” proqramı ilə onlayn məşqlər keçirdik. Qəflətən televiziya vasitəsilə elan etdilər ki, karantin müddəti mayın 31-dək uzadılıb. Komandada təxminən 15 futbolçunun müqaviləsi başa çatır, bu, bizə problem yaradacaq. İsrail hökuməti vətəndaşlarını ölkəyə aparmaq üçün xüsusi reyslər təşkil edir. Amma hazırda qeyri-müəyyənlikdir. Çünki qayıdıb-qayıtmayacağım sual altındadır”.

Ağayev, klubun ona borcu olduğunu bildirib: “Mayın 31-də “Sumqayıt”la müqaviləm başa çatacaq və azad agent olacam. Belədə İsrailə qayıda bilərəm. Digər tərəfdən, hələ də ödənilməyən maaşlarımız var. Bu, kabus və qeyri-müəyyənlikdir. Növbəti mövsümdə də burda davam edib-etməyəcəyimdən asılı olmayaraq, mütləq ölkəmə yollanacam. Çünki bir ildir İsraildən kənardayam. Yoldaşım hamilə olduğu üçün qış fasiləsində gedə bilmədim. İndiki vəziyyətdə ölkəmə qayıdıb-qayıtmayacağım isə hələ məlum deyil”. (Qafqazinfo.az)
скачать dle 10.6фильмы бесплатно
4-05-2020, 17:17
Baxıs: 23 089
Reyting: