Bu ölkə əsgər ehtiyaclarını ödəmək üçün immiqrantları orduya götürəcək

Bu ölkə əsgər ehtiyaclarını ödəmək üçün immiqrantları orduya götürəcək

Kanadanın Milli Müdafiə Nazirliyi hələ vətəndaşı olmayan daimi yaşayan immiqrantları hərbi xidmətə cəlb etmək qərarına gəlib.
Kanada Silahlı Qüvvələrində cinsi zorakılıq halları ilə başlayan və Kovid-19 pandemiyasına görə alınan qərarlar səbəbiylə kadr çatışmazlığı pik həddinə çatıb.
Nazirlik elan edib ki, daimi yaşayan immiqrantlar artıq xarici hərbçi tərəfindən təlim keçməsindən asılı olmayaraq Kanada Silahlı Qüvvələrinə qoşulmaq üçün müraciət edə bilərlər.
Kanada ordusunda hələ də dəniz, hava və quru qoşunları üçün ən az 8 min əsgər çatışmazlığının olduğu ifadə edilən açıqlamada, 2023-cü ilin mart ayına qədər orduya 5900 yeni əsgər əlavə etmək hədəfinin xeyli geridə qaldığı bildirilir.
Bu günə qədər yalnız xarici mütəxəssislər tərəfindən yetişdirilmiş ixtisaslı kadr olduqda işə götürülən immiqrantlar, yeni iş imkanları da tapacaqlar.
Nazirlik bildirir ki, orduya qoşulmaq daimi yaşayan immiqrantların vətəndaşlıq almasına da kömək edə bilər.скачать dle 10.6фильмы бесплатно
6-12-2022, 11:34
Baxıs: 524
Reyting: