allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Yol polisi qəza törətdi - xəsarət alanlar var » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Yol polisi qəza törətdi - xəsarət alanlar var

Yol polisi qəza törətdi - xəsarət alanlar var

Cəlilabad rayonunda yol qəzası baş verib.

ARAZXEBER.AZ xəbər verir ki, qəza zamanı iki minik avtomobili toqquşub.

Nəticədə sürücülərdən biri Nurlan Həsənovun ayağı sınıb. O, Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Digər avtomobildə olan qadın sərnişin də xəsarət alıb.

Məlumata görə, N.Həsənov yol polisi əməkdaşıdır və qəzanı şəxsi avtomobili ilə törədib.

Faktla bağlı araşdırma aparılır.
11:50
Baxıs: 72720
Reyting: