“ABŞ və Aİ-nin Rusiyaya qarşı sanksiya təhdidləri “manyakca”dır”
“ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı sanksiya təhdidləri “manyakca”dır”.
Leqal.info xarici KİV-ə istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərin suallarını cavablandırarkən dilə gətirib. “Təəssüf ki, həm Brüssel, həm də ABŞ-da sanksiyalarla bağlı açıqlamalar manyakca və israrla səsləndirilir. Dialoqun davam etdirilməsi istiqamətində siyasi iradənin üstün olacağını və əlaqələrimizdəki ən çətin sualları dialoq vasitəsilə həll edə biləcəyimizə ümid edirik”, - Qərb ölkələrinin Rusiyaya qarşı təhdidlərini dəyərləndirən Peskov bundan məmnun olmadığını da əlavə edib. “Əlbəttə, belə düşməncə təzahürlərdən qaynaqlanan potensial təhdidlər bizi davamlı olaraq səfərbər və hazırlıqlı olmağa məcbur edir. ABŞ-ın digər ölkələrin xalqlarının taleyi və siyasi rejimlərin dəyişdirilməsi üzərindəki liderliyi isə hegemoniya qurmaq cəhdidi”, - Kreml rəsmisi deyib. |
XƏBƏR LENTİ
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57