“Məktəb psixoloqları rəhbərliyə də psixoloji nəzarət funksiyasını daşıyırlar” — Ekspert

Günümüzdə fəaliyyətinə daha çox ehtiyac duyulan peşə sahiblərindən biri də məktəb psixoloqlarıdır. Tez-tez şagirdlər arasında baş verən mənfi hadisələr bu fəaliyyət sahəsinin əhəmiyyətini gündəmə gətirir.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı təhsil eksperti Elmin Nuri qeyd edib ki, məktəblərdə neqativ hadisələr baş verən kimi, şagirdlər arasında insident yaşanan kimi məktəb psixoloqları qınaq obyektinə çevrilir. Çünki məktəblərdə psixoloq ştatına texniki işçi səviyyəsində baxılır, belə olmamalıdır. Ekspert Demokrat.az-a açıqlamasında deyib ki, Nazirlər Kabinetinin məktəblərdə psixoloji işin təşkilinə nəzarət edən şəxslər, yəni psixoloqlarla bağlı qərarına əsasən onların funksiyası elə də az deyil:


“Məktəb psixoloqları şagird kontingenti ilə yanaşı pedaqoji heyətə, hətta məktəb rəhbərliyinə belə psixoloji nəzarət funksiyasını daşıyırlar. Bununla bağlı müəyyən fəaliyət proqramı həyata keçirmək səlahiyyətinə sahibdirlər. Lakin realda bunlar kağız üzərində qalır. Bir çox məktəblərdə, xüsusən də bölgələrdə psixoloq şatatı formal, bəzilərində hətta yoxdur, bəzilərində isə texniki işçilər, laborantlar məktəb psixoloqunu əvəz edir. Ölkənin bir neçə universitetində psixoloji işin təşkili ixtisası üzrə kadrlar hazırlanır. Amma məzunlar universiteti bitirəndən sonra məktəblərdə işləməyə maraq göstərmirlər. Bunun səbəbi həm də əməkhaqqının az olmasıdır, ən yüksək maaş bu işdə təxmini 450 manatdır. Məktəblərdə hər 500 uşağa bir psixoloq düşür, psixoloqun bəzən heç şəxsi kabineti olmur. Məktəblərdə bu ştatın artırılmasına ehtiyac var, həm də məktəb psixoloquna münasibət dəyişməlidir. Onların peşə bacarıqlarının təkmilləşdirilməsinə diqqət artırılmalıdır. Psixoloji cəhətdən problem yaşayan şagirdlərlə psixoloqun xüsusi fəaliyyət planı olmalıdır”.

Törə Zeynallıскачать dle 10.6фильмы бесплатно
1-03-2024, 10:17
Baxıs: 1 037
Reyting: