Azərbaycanda daha 1 315 nəfər koronavirusa yoluxub, 19 nəfər ölüb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1315 yeni yoluxma faktı qeydə alınıb, 1850 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 601 028 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 571 088 nəfər müalicə olunaraq sağalıb, 8 038 nəfər vəfat edib. 21 902 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 799, bu günə qədər isə ümumilikdə 5 644 853 test icra olunub. |
XƏBƏR LENTİ
25-06-2026, 11:27
25-06-2026, 11:22
25-06-2026, 11:13
25-06-2026, 11:08
25-06-2026, 10:25
25-06-2026, 10:22
25-06-2026, 10:20
25-06-2026, 10:18
25-06-2026, 10:15
25-06-2026, 10:11




































