Azərbaycanda daha 2 334 nəfər koronavirusa yoluxub, 25 nəfər ölüb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 334 yeni yoluxma faktı qeydə alınıb, 2 092 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 25 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 556 430 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 518 105 nəfər müalicə olunaraq sağalıb, 7 397 nəfər vəfat edib. 30 928 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 193, bu günə qədər isə ümumilikdə 5 334 410 test icra olunub. |
XƏBƏR LENTİ
Bu gün, 09:23
Bu gün, 09:00
Bu gün, 08:51
Bu gün, 08:51
Bu gün, 08:51




































