Azərbaycanda daha 2 420 nəfər koronavirusa yoluxub, 29 nəfər ölüb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 420 yeni yoluxma faktı qeydə alınıb, 1 358 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 524 788 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 489 032 nəfər müalicə olunaraq sağalıb, 6 995 nəfər vəfat edib. 28 761 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 827, bu günə qədər isə ümumilikdə 5 158 035 test icra olunub. |
XƏBƏR LENTİ
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57