Salyanda 13 yaşlı qıza zorakılıq edən 4 nəfər HƏBS EDİLDİ

Salyanda 13 yaşlı qıza zorakılıq edən 4 nəfər HƏBS EDİLDİ

Salyanın Cadırlı kəndində 13 yaşlı qız cinsi zorakılığa məruz qalıb.

Bununla bağlı sosial şəbəkədə məlumat yayılıb. İlkin məlumata görə, azyaşlının atası rəhmətə gedib, anası isə psixiatriya xəstəxanadadır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nizam Həmidov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, hadisə ilə bağlı başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir:

“Həmin əməldə təqsirli bilinən 4 nəfər istintaq-əməliyyat tədbirləri ilə müəyyən olunaraq barələrində həbs qətimkan tədbirləri seçilib. Hazırda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə başlanan cinayət işi üzrə polis və prokurorluq əməkdaşları tərəfindən istintaq hərəkətləri davam etdirilir”.скачать dle 10.6фильмы бесплатно
24-02-2023, 16:25
Baxıs: 311
Reyting: