Paytaxtda gecədən səhərə kimi xüsusi təyinatlı texnikalar işləyib

Paytaxtda gecədən səhərə kimi xüsusi təyinatlı texnikalar işləyib

Dünən axşam saatlarından etibarən güclü qar yağması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumlar xüsusi, gücləndirilmiş iş rejimində fəaliyyəti davam etdiriblər.

Bu barədə Manset.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Şaxtalı hava şəraitində gecədən səhərə kimi xüsusi təyinatlı texnika vasitəsi ilə yollara duz və kimyəvi maddələrin səpilməsi həyata keçirilib, bu zaman sürüşmə ehtimalı olan yollar, körpülər, enişlərə xüsusi diqqət yetirilib.

Səhərə yaxın kommunal xidmətlərin əməkdaşları tərəfindən yağan qarın küçə, prospekt və piyada səkilərindən, avtobus dayanacaqları və metro stansiyalarının qarşısından təmizlənməsi daha da intensivləşib.

Bütün gecə ərzində Bakı Şəhər və Rayon İcra Hakimiyyətlərin rəhbər nümayəndələri ərazilərdə olub və aparılan işləri nəzarətdə saxlayıblar.

Səhər saatlarında təmizlik işlərinə ərazi üzrə idarə, təşkilat, müəssisələrin əməkdaşları, obyekt və ictimai-iaşə müəssisələrinin işçiləri də qoşulacaqdır.

Təmizləmə işləri mərkəzlə yanaşı paytaxtın bütün rayonlarını əhatə edir.скачать dle 10.6фильмы бесплатно
11-01-2023, 10:17
Baxıs: 315
Reyting: