Ovçuluq biletinin verilməsi qaydası ilə bağlı YENİLİK

Ovçuluq biletinin verilməsi qaydası ilə bağlı YENİLİK

Dövlət tərəfindən tənzimlənən malların siyahısından ovçuluq biletinin qiyməti çıxarılıb.

Bu barədə Tarif (qiymət) Şurasının 26 iyul 2022-ci il tarixində keçirilən növbəti iclasında qərar qəbul edilib.

Qərara əsasən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ovçuluq biletinin verilməsinə görə dövlət rüsumu müəyyən edildiyindən Nazirlər Kabinetinin Qərarı ilə qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (xidmətlərin) siyahısından ovçuluq biletinin qiyməti çıxarılıb.

Bu baxımdan, Tarif (qiymət) Şurasının “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən ovçuluq biletinin qiymətinin tənzimlənməsi barədə” 2008-ci il 30 iyul tarixli 5 nömrəli və “Ovçuluq biletinin qiymətinin tənzimlənməsi barədə” 2018-ci il 17 may tarixli 3 nömrəli Qərarları ləğv edilib.скачать dle 10.6фильмы бесплатно
27-07-2022, 08:10
Baxıs: 228
Reyting: