AMEA-nın keçmiş prezidenti vəfat edib
Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, fizika-riyaziyyat elmləri doktoru, akademik Eldar Salayev vəfat edib.
Leqal.info xəbər verir ki, o, ötən gün 88 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Salayev Eldar Yunus oğlu 1933-cü ildə dekabrın 31-də Naxçıvan şəhərində anadan olub. 1970-1973-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işlər üzrə direktor müavini işləyib. 1972-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı adını, 1975-ci ildə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini alıb. 1979-cu ildən professordur. 1980-ci ildə Elmlər Akademiyasının müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilib. 1983-1997-ci illərdə Azərbaycan EA-nın prezidenti olub. Akademik S.İ.Vavilov adına, H.Z.Tağıyev adına, N.Nərimanov adına mükafatların laureatıdır. İslam Akademiyasının üzvüdür. E.Salayev 420 elmi əsərin və 88 ixtiranın və patentin, 4 monoqrafiyanın müəllifidir. “Qırmızı Əmək Bayrağı” və “Şöhrət” ordeni ilə təltif edilib. Allah rəhmət eləsin! |
XƏBƏR LENTİ
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57