Komandan: "Bu il Azərbaycan və Türkiyədə 20-dən çox birgə hərbi təlimin keçirilməsi planlaşdırılıb"

"Bu il ərzində həm Azərbaycan, həm də Türkiyədə 20-dən çox birgə təlimin keçirilməsi planlaşdırılıb. Artıq bunların bir neçəsi icra edilib".

Leqal.info-nun xəbərinə görə, bunu müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda Şuşada keçirilən konfransda deyib.

O bildirib ki, belə təlimlərin hərbi əməkdaşlıq və xalqlarımız arasındakı qardaşlığın gücləndirilməsi baxımından çox böyük əhəmiyyəti var.скачать dle 10.6фильмы бесплатно
15-06-2022, 19:39
Baxıs: 45 126
Reyting: