Avstriya Prezidenti Kurtsun hökumətini

Avstriyanın Federal Prezidenti Aleksandr Van der Bellen Sebestian Kurtsun hökumətini, parlamentin çıxardığı etimadsızlıq qərarından sonra istefaya göndərib.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, prezident ölkənin kansleri vəzifəsinin icrasını isə 1 həftə öncə müvəqqəti olaraq vitse-kansler təyin edilmiş maliyyə naziri Xartviq Leqerə həvalə edib.

Qeyd edək ki, S.Kurts 2017-ci ildə bu vəzifəyə təyin olunmaqla, respublika tarixində ilk gənc kansler olub. O, bu vəzifədə 525 gün olmaqla ölkənin ən qısa müddətdə kansleri olub.скачать dle 10.6фильмы бесплатно
28-05-2019, 14:17
Baxıs: 56 404
Reyting: