Şotlandiyada qar uçqunu nəticəsində üç alpinist ölüb
Şotlandiyanın Ben-Nevis dağında bir neçə alpinist qar uçqununa düşüb.
Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, hadisə nəticəsində 3 nəfər ölüb, 1 nəfər isə yaralanıb. Hadisə yerinə xilasedici helikopterlər və təcili tibbi yardım həkimləri göndərilib. Polisinin yaydığı məlumatında deyilir: "Şotlandiya polisi dağ xilasetmə əməliyyatını əlaqələndirir və hadisə qurbanlarının yaxınlarına dəstək göstərir". Qeyd edək ki, Ben-Nevis Şotlandiyadakı Qrampian dağlarının ən yüksək zirvəsidir. Onun hündürlüyü 1344 metrə çatır. |
XƏBƏR LENTİ
Dünən, 08:56
Dünən, 08:56
Dünən, 08:56



































