Soçi dağlarında iki nəfər qar uçqunu nəticəsində həlak olub

Rusiyanın Soçi şəhərinin dağ-xizək kurortunda qar uçqunu baş verib.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, bu barədə "TASS"a "Qorki Qorod" kurortunun mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "İki nəfər qar uçqunu nəticəsində həlak olub Üç kişi qar uçqunu təhlükəsi səbəbindən xizək sürmək üçün bağlı olan trasa gedib, ordan isə xizək sürmək tam qadağan olunan əraziyə keçiblər və qar uçqununa səbəb olublar. İki nəfər qar altında qalıb, digər kişi isə xilasediciləri hadisə yerinə çağırıb. Axtarış-xilasetmə tədbirləri nəticəsində iki nəfər qarın altından çıxarılıb. Onlardan biri 1 metr, digəri isə 2 mətr dərinlikdə olub".

Mətbuat xidmətindən əlavə ediblər ki, həkimlər onların həyatını xilas edə bilməyib: "Bir saat ərzində reanimasiya tədbirləri həyata keçirilib və müsbət nəticə əldə edilməyib. Bir saat sonra onların ölümü qeydə alınıb. Həlak olanların şəxsiyyəti hələki təyin edilməyib".скачать dle 10.6фильмы бесплатно
5-01-2019, 20:19
Baxıs: 46 016
Reyting: