Rusiyada 11 nəfər qar uçqunu altında qalıb

Rusiyanın Xabarovsk diyarının Nikolayev rayonunda 11 nəfər qar uçqunu altında qalıb.

Leqal.info “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndəsinə istinadən RİA "Novosti"yə məlumat yayıb.

Onun sözlərinə görə, şənbə günü səhər FHN-ə Nikolayev rayonunun Mnoqoverşinnı qəsəbəsində dağ-mədən müəssisəsindəki açıq tipli mədən dəhlizində 11 nəfərin qaç uçqunu altında qalması barədə məlumat daxil olub.

FHN nümayəndəsi bildirib ki, əvvəlcə qar uçqununa bir nəfər düşüb, ardınca ikinci uçqun baş verib və daha 10 nəfər onun altında qalıb.

Hazırda ərazidə xilasetmə işləri aparılır.

Bu ilin martında İsveçrədə qar uçqunu nəticəsində bir qrup turist itkin düşmüşdü.скачать dle 10.6фильмы бесплатно
29-12-2018, 12:52
Baxıs: 45 140
Reyting: