Fransada qar uçqunu baş verib
Alp dağlarının Fransaya aid hissəsində iki qar uçqunu baş verib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Yuxarı Savoy departamentində baş verən insident nəticəsində 1 nəfər ölüb, daha 1-i itkin düşüb. Belə ki, Samoen yaşayış məntəqəsi yaxınlığında iki xizəkçi uçqun altında qalıb. Onlardan biri xilas olub, digəri itkin düşüb. Vallorsində isə 4 nəfər qar uçqunun altında qalıb. Hadisə nəticəsində 1 nəfər ölüb, daha 1-i xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, bu həftə qar uçqunu nəticəsində Alp və Pireney dağlarının Fransaya aid hissəsində 5 nəfər həyatını itirib. |
XƏBƏR LENTİ
8-05-2024, 08:56
8-05-2024, 08:56
8-05-2024, 08:56
8-05-2024, 08:56
8-05-2024, 08:56
8-05-2024, 08:56
8-05-2024, 08:56
8-05-2024, 08:56
8-05-2024, 08:56