Başqırdıstanda ağır yol qəzası nəticəsində 9 nəfər ölüb
Başqırdıstanda mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində 9 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəza İqlinsk rayonu ərazisində, M-5 magistral yolunun 1548-ci kilometrliyində baş verib.
Məlumata görə, MAN markalı yük maşını ilə “Mercedes Sprinter” markalı mikroavtobus toqquşub. Mikroavtobusda 12 sərnişin olub. Qəza nəticəsində xəsarət almış 3 nəfər xəstəxanaya çatdırılıb. Qəzanın səbəbləri araşdırılır. |
XƏBƏR LENTİ
Bu gün, 14:39
Bu gün, 13:15
Bu gün, 13:15
Bu gün, 13:15





