Seninem.Az > Dünya > Başqırdıstanda ağır yol qəzası nəticəsində 9 nəfər ölüb
Başqırdıstanda ağır yol qəzası nəticəsində 9 nəfər ölübTarix: 28-02-2018, 02:17. Müəllif: admin |
|
Başqırdıstanda mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində 9 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəza İqlinsk rayonu ərazisində, M-5 magistral yolunun 1548-ci kilometrliyində baş verib. Məlumata görə, MAN markalı yük maşını ilə “Mercedes Sprinter” markalı mikroavtobus toqquşub. Mikroavtobusda 12 sərnişin olub. Qəza nəticəsində xəsarət almış 3 nəfər xəstəxanaya çatdırılıb. Qəzanın səbəbləri araşdırılır. Geri Qayıt |