Evli kişi həyat yoldaşından xəbərsiz dini nikah bağlaya bilər? - İlahiyyatçı AÇIQLADI Qurani-Şərifin müvafiq ayələrinə, Həzrət Məhəmməd Peyğəmbərin (s.ə.s) buyurduqlarına və əyani şəkildə öz icraatına görə, Hər bir müsəlman dörd arvad ala bilər. Lakin bu, o demək deyil ki, mütləq belə olmalıdır. Bu, sadəcə münasib şərtlərə uyğun, eyni zamanda zərurət zamanı ehtiyacdan doğan rüxsətdir. Lakin həm Quranda həm də hədislərdə çoxarvadlılıq zamanı ədalətə əməl edilməsi və digər arvadların razılığının olması vacibdir. Yəni, bu, hər bir halda razılıqla və aşkar olmalıdır”.Azia.az xəbər veriri ki, bu fikirləri KONKRET.az-a açıqlamasında ilahiyyatçı Turan İrfan səsləndirib: Bir çox din xadimləri hələ də Azərbaycan dinində danışmaqda çətinlik çəkir” -İLAHİYYATÇI “Gizli şəkildə, ilk arvadın razılığı yaxud məlumatı olmadan edilən nikah batil sayılır və xətalıdır. Çünki sonradan problemlər yarana, ailə dağıla bilər. Odur ki, kişi əgər müəyyən zəruri səbəblərdən dolayı ikinci dəfə nikah bağlamaq istəyirsə birinci arvadının xəbəri olmalıdır. Məsləhətləşməlidir ki, sonra ədalət pozulmasın. Əgər etiraz varsa, təbii ki, bu zaman fitnə-fəsad yarana bilər. Ümumiyyətlə, Quranda buna izn verilsə də bir arvad tövsiyyə olunur. Eyni zamanda İslam dini xalqların ürfünə, yəni milli ənənələrinə önəm verir. Əgər o yerdə ki, çoxarvadlılıq mənfi qarşılanır, demək din də bunu mənfi saya bilər. İbrahim Peyğəmbərin ilk arvadı Saradan övladı olmadıqda onun icazəsi və razılığı ilə Hacər xanımla evlənib. Nəticədə Hacərdən İsmail, sonra da Allahın hikməti ilə Saradan İshaq doğulub. Yəni, övladı olmamaq, ilk arvadın ağır xəstəliyə düçar olması kimi problemlər zamanı insanlar boşanmadan ikinci dəfə evləniblər. Lakin hər halda bu, razılıq və ədalətlə həyata keçirilib”. İlahiyyatçı bildirib ki, ölkəmizin qanunlarına görə vətəndaşlar yalnız bir qadınla rəsmi nikah bağlaya bilər: “İki və ya daha çox qadınla münasibət isə qeyri-rəsmi sayılır: “Ümumiyyətlə, bütün hallarda zəruri ehtiyac yarananmadıqca yalnız həvayi-nəfs, yaxud zövq üçün ikinci nikah bağlamaq məqbul hesab olunmur. Söhbət konkret İslam hüququndan, fiqhindən gedirsə, o zaman birinci qadın nikah bağlanan zaman ərinin ikinci dəfə evlənməyəcəyinə dair müqaviləyə şərt (şərt-i nikah) qoya bilər. Əgər kişi bu şərtə imza atıbsa, razılıq veribsə və buna rəğmən ikinci dəfə evlənibsə, o zaman qadın məhkəməyə müraciət edərək boşanmaq hüququ qazana bilər. Çünki evlənən zaman bağlanan müqavilənin şərti pozulmuş sayılır”. Müşviq Tofiqoğlu |
XƏBƏR LENTİ
Bu gün, 11:20
Bu gün, 11:15
Bu gün, 11:15
Bu gün, 11:15
Bu gün, 11:15



































