Seninem.Az > Dünya / Manşet Yuxarı > Şotlandiyada qar uçqunu nəticəsində üç alpinist ölüb
Şotlandiyada qar uçqunu nəticəsində üç alpinist ölübTarix: 13-03-2019, 08:36. Müəllif: admin |
Şotlandiyanın Ben-Nevis dağında bir neçə alpinist qar uçqununa düşüb. Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, hadisə nəticəsində 3 nəfər ölüb, 1 nəfər isə yaralanıb. Hadisə yerinə xilasedici helikopterlər və təcili tibbi yardım həkimləri göndərilib. Polisinin yaydığı məlumatında deyilir: "Şotlandiya polisi dağ xilasetmə əməliyyatını əlaqələndirir və hadisə qurbanlarının yaxınlarına dəstək göstərir". Qeyd edək ki, Ben-Nevis Şotlandiyadakı Qrampian dağlarının ən yüksək zirvəsidir. Onun hündürlüyü 1344 metrə çatır. Geri Qayıt |