Gürcüstanda prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb
Gürcüstanda prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb. Leqal.info "Report"a istinadən xəbər verir ki, saat 20:00-da bütün seçki məntəqələri bağlanıb.
Xatırladaq ki, bülletenlərdə qeydiyyatdan keçmiş 25 namizədin adı olub. Ancaq buna qədər iki namizəd - Akaki Asatiani və Vaxtanq Qabuniya namizədliyini geri çəkib. Bu seçkilər dövlət başçısının sonuncu birbaşa seçimi olacaq. Prezident 6 il müddətinə seçiləcək. Ekspertlərin qiymətləndirməsinə və sosioloji sorğuların nəticələrinə əsasən, əsas mübarizə üç namizəd - keçmiş xarici işlər naziri Salome Zurabişvili, "Güc və Birlik" müxalifət blokunun namizədi Qriqol Vaşadze və Avropa Gürcüstanı Partiyasının namizədi David Bakradze arasında gedəcək. |
XƏBƏR LENTİ
Bu gün, 16:36
Bu gün, 14:39
Bu gün, 13:15






