Gürcüstanda seçici fəallığı 40 faizə çatıb

Gürcüstanda seçici fəallığı saat 17:00 üçün 38,6% təşkil edib.

Leqal.info bildirir ki, “Report”un yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyasından bildirilib.

Səsvermə prosesində iştirak etmiş seçicilərin sayı 1 milyon 337 min 284 nəfərdir.

Ən yüksək seçici fəallığı Ambrolauri (53,6%), ən aşağı seçici fəallığı isə azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda (28,7%) qeydə alınıb.

Tbilisidə isə seçici fəallığı 36,2% olub.

Gürcüstanda prezident seçkiləri üzrə səsvermə saat 20:00-da başa çatacaq.

***16:21

Tbilisi. 28 oktyabr. REPORT.AZ/ Gürcüstandakı prezident seçkilərində indiyədək 1 milyondan artıq seçici səs verib

"Report"un məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Anna Mikeladze keçirdiyi brifinqdə deyib.

O, qeyd edib ki, saat 15:00-da seçici fəallığı 30,98 faiz təşkil edib.

***13:23

Gürcüstanın Mərkzi Seçki Komissiyasının məlumatına görə, saat 12:00-da seçicilərin ölkə üzrə səsvermədə iştirakı 15,95 faiz təşkil edib.

"Report"un Gürcüstan bürosunun xəbərinə görə, MSK-nın məlumatında bildirilir ki, seçicilərin ən yüksək aktivlik səviyyəsi 27,4 faizlə Ambrolauri dairəsində qeydə alınıb.

Rəsmi məlumata görə, ən az seçici fəallığı Kazbeqidə olub. Burada seçicilərin cəmi 12 faizi məntəqələrə gəliblər.

Bu gün Gürcüstanda prezident seçkiləri ilə əlaqədar səsvermə keçirilir.

***11:51

Gürcüstanda keçirilən prezident seçkilərində seçici fəallığı 6,15 faiz təşkil edib.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Ana Mikeladze bildirib.

O, deyib ki, saat 10:00-a qədər 215329 seçici səs verib: “Seçicilərin ən yüksək fəallığı Ambrolauri (11%) və Tsaqeri (10,4%) rayonlarında qeydə alınıb. Ən aşağı fəallıq isə Axalkalakidə müşahidə olunub. Rayonda seçicilərin fəallığı 4,4% təşkil edib”.

A.Mikeladze səsvermə prosesinin sakit keçirildiyini qeyd edib.скачать dle 10.6фильмы бесплатно
28-10-2018, 19:17
Baxıs: 64 754
Reyting: