Azərbaycanda seçicilərin sayı açıqlanıb

Azərbaycanda vahid seçici siyahısı dəqiqləşdirilərək yenidən tərtib edilib.

Leqal.info-nun APA-ya istinadən məlumatına görə, Mərkəzi Seçki Komissiyasında (MSK) komissiya üzvləri və KİV nümayəndələri ölkə üzrə vahid seçici siyahısının yenidən tərtib olunmuş variantı ilə tanış olublar.

MSK-nın sədr müavini Natiq Məmmədov bildirib ki, vahid seçici siyahısının tərtib edilməsi dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə həyata keçirilib: "Dəqiqləşdirilmiş vahid seçici siyahısına əsasən Azərbaycanda 5 milyon 192 min 42 səsvermə hüququ olan şəxs var ".

Qeyd edək ki, seçki qanunvericiliyinə əsasən Azərbaycan üzrə vahid seçicilər siyahısının tərtib olunması prosesinə yanvar ayının əvvəllərindən başlanır. Vahid seçicilər siyahısının tərtib edilməsi ilkin olaraq məntəqə seçki komissiyaları tərəfindən aparılır. Bu proses məntəqə seçki komissiyaları tərəfindən qanunla nəzərdə tutulmuş müddətdə seçki məntəqələrinin hüdudlarında həyata keçirilir. Seçki Məcəlləsinin tələblərinə əsasən məntəqə seçki komissiyaları məntəqə üzrə tərtib edilmiş seçici siyahılarını fevralın 5-dən gec olmayaraq müvafiq dairə seçki komissiyalarına (DSK) təqdim edir. DSK-lar müvafiq seçki dairələri üzrə ilkin seçici siyahılarını aprelin 5-dək MSK-ya təhvil verir. Ancaq bu il aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar MSK-nın fevralın 19-da keçirilmiş iclasında ölkə üzrə seçicilərin daimi siyahısının tərtibinə dair məsələyə baxılıb. MSK-nın iclasında Azərbaycan Respublikası üzrə 2018-ci ilin daimi seçici siyahılarının dəqiqləşdirilməsi, tərtib edilməsi, təsdiq olunması və ictimailəşdirilməsinin cari ilin martın 3-dək başa çatdırılması qərara alınıb.
Azərbaycanda seçicilərin sayı açıqlanıb
Azərbaycanda seçicilərin sayı açıqlanıb
Azərbaycanda seçicilərin sayı açıqlanıb
Azərbaycanda seçicilərin sayı açıqlanıb
Azərbaycanda seçicilərin sayı açıqlanıbскачать dle 10.6фильмы бесплатно
28-02-2018, 14:35
Baxıs: 15 287
Reyting: