GÜRCÜSTANDA PREZİDENT SEÇKİLƏRİNDƏ 25 NAMİZƏD İŞTİRAK EDƏCƏK
Gürcüstanda oktyabrın 28-də keçiriləcək prezident seçkilərində 25 namizəd iştirak edəcək.
“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib. Məlumata əsasən, namizədlərin 19-u siyasi partiya, 6-sı isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb. 25 namizəd arasında namizədliklərini geri götürmək istəyənlər bu barədə oktyabrın 16-dan gec olmayaraq MSK-ya müraciət etməlidirlər. Müddətin başa çatmasından sonra bütün namizədlər seçki bülletenlərinə daxil ediləcək. |
XƏBƏR LENTİ
Dünən, 14:36
Dünən, 09:00
Dünən, 09:00
Dünən, 09:00
Dünən, 09:00







