Prezidentliyə namizədlərin seçki fondlarına daxil olan vəsaitlərə dair maliyyə hesabatları açıqlanıb

Azərbaycanda prezidentliyə namizədlərin seçki fondlarına daxil olan vəsaitlərə dair maliyyə hesabatları açıqlanıb.

Leqal.info “Report”-a istinadən xəbər verir ki, prezidentliyə namizəd İlham Əliyevin ikinci ilkin maliyyə hesabatına əsasən, namizədin seçki gəlirləri ümumilikdə 100 000 manat olub.

Prezidentliyə namizəd Zahid Orucun seçki fondunun gəliri 9 900 manat, Araz Əlizadənin seçki fondunun gəliri 10 000 manat, Qüdrət Həsənquliyevin seçki fondunun gəliri 25 000 manat, Fərəc Quliyevin isə seçki fondunun gəliri 10 060 manat olub.

Digər namizədlər - Hafiz Hacıyev, Razi Nurullayev və Sərdar Cəlaloğlunun (Məmmədovun) MSK-ya təqdim etdiyi sənədlərə əsasən, onların seçki fonduna vəsait daxil olmayıb.

Qeyd edək ki, prezident seçkiləri aprelin 11-də keçiriləcək.скачать dle 10.6фильмы бесплатно
3-04-2018, 11:50
Baxıs: 70 767
Reyting: