Gürcüstanın sabiq xarici işlər naziri mer vəzifəsinə namizəd olub
Gürcüstanın müxalif “Vahid Milli Hərəkat” partiyası sabiq xarici işlər naziri Qriqol Vaşadzenin Kutaisi şəhərinin meri vəzifəsinə namizədliyini irəli sürüb.
APA-nın yerli bürosunun məlumatına əsasən, partiya Q. Vaşadze ilə bir ay ərzində məsləhətləşmələr aparıb. Qeyd edək ki, Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər oktyabrın 21-də keçiriləcək. Seçkilərdə Gürcüstan vətəndaşları Tbilisi meri, 11 şəhər və rayonun başçılarını seçəcəklər. Paralel olaraq yerli idarəetmə orqanlarının məşvərətçi orqanları olan sakrebulolara da seçkilər keçiriləcək. Qriqol Vaşadze 2008-2012-ci illərdə Gürcüstanın xarici işlər naziri olub. Leqal.info |
XƏBƏR LENTİ
Bu gün, 11:20
Bu gün, 11:15
Bu gün, 11:15
Bu gün, 11:15
Bu gün, 11:15
Bu gün, 11:15





































